Türkiyənin turizm kanalında “AİTF-2015” sərgisi barədə veriliş yayımlanıb VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Bakıda keçirilən “AİTF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisi Türkiyənin turizm kanalı olan “World Travel Channel”də geniş işıqlandırılıb. Kanalın “Şehrin Günlüyü” adlı proqramında sərgi haqqında və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Azərbaycanda turizmin inkişafı barədə müsahibəsi yer alıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, sərgidə iştirak edənlərin və digər xarici qonaqların fikirləri proqramda öz əksini tapıb.
Həmçinin proqramda bildirilir ki, sərgidə dünyanın 40 ölkəsindən 350-dən şirkət iştirak edib.
Qeyd edək ki, Türkiyənin “World Travel Channel” kanalı ilə əməkdaşlıq çərçivəsində il ərzində silsilə verilişlər və reklam çarxları yayımlanıb.
Proqramı aşağıdakı link vasitəsilə izləmək mümkündür:
http://wtc.com.tr/WebTv/E-939/Azerbaycan-Uluslararasi-Turizm-Fuari