Türkiyənin xarici işlər naziri Azərbaycana səfərə gələcək
Bakı, 19 fevral, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 25-26-da Azərbaycanda rəsmi səfərdə olacaq.
Türkiyənin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasındakı münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.