Türkmənistan Prezidentinin adına xeyriyyə fondu yaradılıb
Aşqabad, 30 mart, AZƏRTAC
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov himayəyə ehtiyacı olan uşaqlara yardım göstərilməsi üçün xeyriyyə fondunun yaradılması haqqında qərar imzalayıb.
AZƏRTAC xəbər verir ki, Türkmənistan parlamentinin qərarına əsasən, xeyriyyə fondu "Qurbanqulu Berdiməhəmmədov adına himayəyə ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə fondu" adlandırılacaq.
Ölkə başçısı öz qazancından bu xeyriyyə fonduna ilk olaraq ödəniş etmək niyyətində olduğunu bildirib. Türkmən liderinin sözlərinə görə, bu cür uşaqlara kömək etmək istəyən həmvətənlər də öz qazanclarından vəsait köçürə bilərlər.
Qeyd edilib ki, fond xarici vətəndaşlar üçün də açıq olacaq. Bu vəsait uşaqlara pullu tibbi və təhsil xidmətlərinin göstərilməsinə, digər ehtiyaclara yönəldilə bilər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]