U-23 Avropa çempionatı: Daha iki güləşçimiz finalda
Bakı, 14 mart, AZƏRTAC
Daha iki yunan-Roma güləşçimiz Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatının finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, Qurban Qurbanov (72 kq) yarımfinalda Gürcüstan idmançısı Giorgi Çxikvadzeyə, Murad Əhmədiyev (97 kq) isə almaniyalı Lukas Lazoqianisə qalib gələrək qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.
Daha əvvəl çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Elmir Əliyev yarımfinalda Gürcüstan idmançısı Dmitri Xaçidzeni məğlub edərək finala adlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]