Üç ölkədə 12 yaşadək futbolçuların məşq zamanı topa başla zərbə vurmaları qadağan edilib
Bakı, 26 fevral, AZƏRTAC
İngiltərədə, Şotlandiyada və Şimali İrlandiyada 12 yaşadək futbolçuların məşq zamanı topa başla zərbə vurmaları qadağan edilib.
AZƏRTAC Türkiyənin “NTVSpor” portalına istinadla xəbər verir ki, bu qadağaya səbəb uşaqlarda ciddi fəsadlarla nəticələnə bilən kəllə-beyin travmalarının qarşısını almaqdır. Bu qadağanın tədricən 12-16 yaşlı yeniyetmələrə də tətbiq olunacağı bildirilib.
Qeyd edək ki, qadağalar yalnız təlim-məşq toplanışlarında qüvvədə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]