“UÇUŞ XƏTTİ” FİLMİNİN ÇƏKİLİŞLƏRİ DAVAM ETDİRİLİR
Kinostudiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, filmin mövzusunu Ermənistan-Azərbaycan müharibəsi və bu müharibədə qəhrəmancasına həlak olmuş oğullarımızın fədakarlığı təşkil edir. Hazırda çəkilişlər Zaqatala və Balakən rayonlarında, eləcə də qaçqınların məskunlaşdığı çadır şəhərciklərində aparılır. Filmin quruluşçu rejissoru Rüfət Əsədov, quruluşçu operatoru Amin Novruzov, bəstəkarı Xəyyam Mirzəzadədir. Əsas rollarda xalq artisti Fuad Poladov, aktyorlar Ağamalı Abidov, Anaxanım Tağıyeva, Abbas Qəhrəmanov, Ramiz Sərkərov, Ömür Nağıyev, Yura Balıyev çəkilirlər.
Çəkilişləri sentyabr-oktyabr aylarında başa çatdırmaq nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:25]
Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]