UEFA Çempionlar Liqası: “Qarabağ” və “Kukesi” komandalarının start heyətləri
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Bakı vaxtı ilə saat 21:00-da Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Albaniyada “Loro Boriçi” stadionunda yerli “Kukesi” komandasının qonağı olacaq.
“Qarabağ”ın start heyətində Vaqner, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Donald Gerye, Simeon Slavçev, Miçel, Filip Ozobiç və Mahir Mədətov yer alıblar.
“Kukesi”nin ilk onbirliyində isə meydana Stivi Fraşeri, Yuli Şameti, Albi Alla, Sebino Plyaku, Haralamb Çaçi, Arber Tsyurbya, Simo Rumbulaku, Besar Musoli, Edis Maliki, Vilyam Kordeyro və İrakli Dzariyq çıxacaqlar.
Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) - HİK (Finlandiya) qarşılaşmasında üstün olacaq komanda ilə görüşəcək. Mübarizəni dayandıran klub isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) - “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]