UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, bu ada “Çelsi” klubundan Olivye Jiru, “Bavariya”dan Robert Levandovski, “Real Madrid”dən Ferlan Mendi və “Mançester Siti” komandasından Joau Kanselu namizəddirlər.
O.Jiru “Çelsi”nin “Atletiko Madrid”ə 1:0 hesabı ilə qalib gəldiyi matçda, R.Levandovski “Bavariya”nın səfərdə “Latsio”nu 4:1 hesabı ilə məğlub etdiyi görüşdə fərqləniblər. F.Mendi İtaliyada “Atalanta”ya qalib gəldikləri görüşdə yeganə qolun müəllifi olub. J.Kanselu isə “Mançester Siti” - “Borussiya Mönhenqladbax” görüşündə (2:0) 95 faizlik dəqiq ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, qalib UEFA-nın saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]