UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ikinci günündə “A”, “B”, “C” və “D” qruplarında səkkiz görüş oynanılıb. Görüşlər aşağıdakı kimi nəticələnib:
“A” qrupu
“Benfika” (Portuqaliya) - “Mançester Yunayted” (İngiltərə) - 0:1
ÇSKA (Rusiya) - “Bazel” (İsveçrə) - 0:2
“B” qrupu
“Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) - 3:0
“Anderlext” (Belçika) - PSJ (Fransa) - 0:4
“C” qrupu”
“Qarabağ” (Azərbaycan) - “Atletiko Madrid” (İspaniya) - 0:0
“Çelsi” (İngiltərə) - “Roma” (İtaliya) - 3:3
“D” qrupu
“Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya) - 2:1
“Barselona (İspaniya) - “Olimpiakos” (Yunanıstan) - 3:1