UEFA Konfrans Liqasında əsas mərhələyə yekun vurulur
Bakı, 18 dekabr, AZƏRTAC
Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsində VI turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla da turnirin liqa mərhələsinə yekun vurulacaq, 1/8 final və pley-off mərhələsinin iştirakçıları bəlli olacaq.
Türkiyənin “Samsunspor” klubu liqa mərhələsinin son turunda Almaniyada “Maynts”ın qonağı olacaq. Hazırda 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan Superliqa təmsilçisi növbəti raunda vəsiqəni təmin edib.
Qeyd edək ki, Konfrans Liqasında əsas mərhələni 1-8-ci pillələrdə tamamlayan komandalar 1/8 finala, 9-24-cü yerləri tutanlar isə pley-offa yüksələcəklər.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, VI tur
18 dekabr
00:00. “Maynts” (Almaniya) - “Samsunspor” (Türkiyə)
00:00. “Sparta” (Praqa, Çexiya) - “Aberdin” (Şotlandiya)
00:00. AEK (Afina, Yunanıstan) - “Universitatya” (Rumıniya)
00:00. AEK (Larnaka, Kipr) - “Şkendiya” (Şimali Makedoniya)
00:00. “AZ Alkmaar” (Niderland) - “Yagelloniya” (Polşa)
00:00. “Kristal Pelas” (İngiltərə) - KuPS (Finlandiya)
00:00. “Şaxtyor” (Donetsk, Ukrayna) - “Riyeka” (Xorvatiya)
00:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Noa” (Ermənistan)
00:00. “Lozanna” (İsveçrə) - “Fiorentina” (İtaliya)
00:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Rapid” (Avstriya)
00:00. “Legiya” (Polşa) - “Linkoln” (Cəbəllüttariq)
00:00. “Selye” (Sloveniya) - “Şelburn” (İrlandiya)
00:00. “Omoniya” (Kipr) - “Rakuv” (Polşa)
00:00. “Strasbur” (Fransa) - “Breydablik” (İslandiya)
00:00. “Rayo Valyekano” (İspaniya) - “Drita” (Kosovo)
00:00. “Şemrok Rovers” (İrlandiya) - “Hamrun” (Malta)
00:00. “Siqma” (Çexiya) - “Lex” (Polşa)
00:00. “Slovan” (Bratislava, Slovakiya) - “Hekken” (İsveç).