UEFA “Qarabağ” ilə bağlı növbəti dəfə paylaşım edib
Bakı, 22 oktyabr, AZƏRTAC
UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi “Qarabağ”la bağlı növbəti dəfə paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Avropa futbol qurumu Ağdam təmsilçisinin Bakıda Qazaxıstan “Kayrat”ına 2:1 hesabı ilə qalib gəldiyi qrup mərhələsinin üçüncü tur matçından fotolar yayımlanıb.
“Son dəqiqədə qalib gəlmək, bax, budur” başlıqlı paylaşımda “Qarabağ”ın H qrupunda məğlub olmadığı vurğulanıb. Həmçinin komandanın qrupu neçənci pillədə bitirəcəyi ilə bağlı sorğu yerləşdirilib.
Qeyd edək ki, “Qarabağ” 3 oyundan sonra 7 xalla qrupda ikinci pillədə qərarlaşıb. Ağdam təmsilçisi növbəti turda səfərdə “Kayrat” ilə qarşılaşacaq. Oyun noyabrın 4-də təşkil olunacaq.