ÜGT-nin Hüquq Mühafizə Komitəsinin sessiyası keçirilib
Bakı, 7 aprel, AZƏRTAC
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) 43-cü sessiyasının birinci mərhələsi keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, sessiyada hüquq-mühafizə fəaliyyəti sahəsində ÜGT-nin təşkil etdiyi beynəlxalq əməliyyatlar, hüquq-mühafizə imkanlarının artırılması üzrə layihələr, gömrük orqanlarının potensialının gücləndirilməsi, gömrük və aidiyyəti səlahiyyətli qurumlar arasında məlumat və təcrübə mübadiləsi, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Belçika Krallığının Brüssel şəhərində keçirilən tədbirdə ÜGT üzvləri olan ölkələrin, təşkilatın regional məlumat əlaqələndirmə qovşaqlarının nümayəndələri iştirak edib.
Sessiyada çıxış edən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini, rəis vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyev ÜGT ilə Azərbaycan gömrük xidməti arasındakı səmərəli və işgüzar əlaqələrdən, təşkilatın həyata keçirdiyi layihələr çərçivəsində qurulan əməkdaşlıqdan, təcrübə və məlumat mübadiləsi sahəsində görülən işlərdən danışıb.
Sessiyanın ikinci mərhələsi cari ilin may ayında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]