Ukrayna iqtisadiyyatında tənəzzül bir qədər zəifləyib
Kiyev, 11 sentyabr, AZƏRTAC
2020-ci ilin yanvar-iyul aylarında Ukraynada real ümumi daxili məhsul (ÜDM) 6,2 faiz azalıb. Bu, cari ilin ilk altı ayı ərzində 6,5 faiz azalma ilə müqayisədə bir qədər yaxşı göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu məlumat Ukrayna İqtisadiyyat Nazirliyinin Strateji Planlaşdırma və Makroiqtisadi Proqnozlaşdırma Departamentinin icmalında öz əksini tapıb.
2020-ci ilin yanvar-iyul aylarının yekunlarına görə, iqtisadi fəaliyyətin əsas növləri üzrə əmtəə və xidmətlər istehsalının məcmu indeksi 7,3 faiz azalıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun ayları üzrə bu göstərici 7,7 faiz azalıb.
İdarədə qeyd ediblər ki, bu göstəricilər Ukrayna iqtisadiyyatının tədricən bərpa olunması prosesinin davam etdiyini və xüsusən aprel ayındakı lokdaundan sonra iqtisadiyyatın əsas sahələrinin tədricən dirçəlməsinə dəlalət edir.
Rüstəm Məmmədov,
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]