SİYASƏT
Ukrayna KİV-ləri Ermənistanın Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutması barədə məqalələr yayıb
Kiyev, 29 oktyabr, AZƏRTAC
Ukraynanın aparıcı KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutması barədə məqalələr yayıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın nüfuzlu UNİAN informasiya agentliyində, “RBK-Ukrayna”, “Seqodnya”, “Korrespondent”, “Dialog” portallarında dərc edilən məqalələrdə, “Ukraina-24” telekanalında efirə gedən reportajlarda Bərdə şəhərinə edilən raket hücumu nəticəsində 20-dən çox mülki vətəndaşın həlak olduğu qeyd edilir.
Məqalələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Baş Prokurorluğun Bərdə faciəsi ilə bağlı fikirləri yer alıb.
“Ukraina-24” telekanalında isə deputat Rüfət Quliyevin Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı müsahibəsi yayımlanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev