Ukrayna nəşrində Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib

Kiyev, 1 aprel, AZƏRTAC
Ukraynanın “Kiyev diplomatik” nəşrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi həmvətənimiz - hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyevdir.
Məqalədə, müəllif 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı, Quba, Şamaxı və Azərbaycanın digər bölgələrində ermənilərin və bolşeviklərin törətdiyi qanlı cinayətlər barədə ətraflı məlumat verib.
Məqalədə Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın sonunda Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi haqqında Sərəncamı xatırladılır və soyqırımın beynəlxalq birlikdə təbliğində Prezident İlham Əliyevin misilsiz xidmətlərinə diqqət yetirilir.
Məqalədə, həmçinin ermənilər tərəfindən soyqırımı, etnik təmizləmə və irqi ayrı-seçkilik cinayətlərinə məruz qalmış günahsız qurbanların 107-ci ildönümünün Azərbaycan xalqının dərin hüznlə yad etdiyi bildirilib, erməni daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatları tərəfindən ötən əsrin əvvəllərində törədilmiş insanlıq əleyhinə olan cinayətlər barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə sistematik işlərin həyata keçirildiyi vurğulanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2025 [07:05]
Haaqada soyqırımı qurbanlarının xatirəsi yad edilib
- 01.04.2025 [02:31]
Mart soyqırımı insanlığa qarşı və bəşəriyyət əleyhinə törədilmiş cinayətdir
- 01.04.2025 [00:09]