Ukrayna portalı 20 Yanvar faciəsinə dair məqalə yayıb
Kiyev, 18 yanvar, AZƏRTAC
Ukraynanın Gordonua.com saytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin 20 Yanvar faciəsinə dair məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Sovet ordusunun silahsız insanlara qarşı törətdiyi cinayətdən bəhs edilib.
“Qanlı "Qara Yanvar"! İndi bu tarixi çoxu bilir. Ancaq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçələrə çıxan Azərbaycan paytaxtının sakinləri Qorbaçov, Yazov, Bakatinin onlar üçün nə plan hazırladıqlarından xəbərsiz idilər. Lakin bir müddət keçəndən sonra Sovet ordusunun öz vətəndaşlarına qarşı necə amansız olduğunu gördülər”, - deyə səfir məqalədə qeyd edir.
20 Yanvar faciəsi göstərdi ki, SSRİ rəhbərliyi öz vətəndaşlarına, sovet respublikalarına qarşı ikili standart nümayiş etdirib. Qorbaçov komandası erməniləri himayə edirdi, onların azərbaycanlılara qarşı terror hərəkətlərinə, Dağlıq Qarabağda dinc insanların öldürülməsinə göz yumurdu.
Müəllif vurğulayıb ki, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən verilib. Dövlətimiz Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini əbədiləşdirib. Ölkəmizə gələn qonaqlar, rəsmi şəxslər, ilk növbədə, Şəhidlər xiyabanını ziyarət edirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]