UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKO BAKIYA GƏLMİŞDİR
Ukrayna Prezidenti Viktor Yuşşenko Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün iyunun 18-də Bakıya işgüzar səfərə gəlmişdir.
Ukraynanın dövlət başçısını səfərdə sərhəd qoşunlarının komandanı, fövqəladə hallar, yanacaq və energetika nazirləri və digər rəsmi şəxslər müşayiət edirlər.
Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ukrayna Prezidenti Viktor Yuşşenkonu Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli oğlan və qız ali qonağa gül dəstəsi təqdim etdilər.