Azərbaycan Dövlət İnformasiya Agentliyi

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN ÇIXIŞI

-Çox hörmətli İlham Heydər oğlu!

Hörmətli prezident həmkarlarım, vitse-prezident, Baş nazir, bugünkü forumda iştirak edən beynəlxalq təşkilatların rəhbərləri!

Mən bugünkü çıxışımı səmimi qəbula və işimizin gözəl təşkilinə görə İlham Heydər oğluna təşəkkürlə başlamaq istərdim. Dünən biz ikitərəfli görüşlərdən ibarət çox gərgin gün keçirdik. Bu gün Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın zirvə görüşünün çoxsaylı qonaqlarını və iştirakçılarını salamlamağa səmimi qəlbdən şadam. Bizim istədiyimiz kimi, GUAM sürətlə formalaşan müasir beynəlxalq qurumdur. Bu yaxınlarda GUAM-ın yaranmasının 10 ili tamam olacaqdır. Bu dövr ərzində qurum dost dövlətlərin qeyri-rəsmi birliyindən yetkin beynəlxalq təşkilatadək böyük yol keçmişdir.

Mən fəxr edirəm ki, Ukrayna GUAM-a olduqca məsuliyyətli ildə başçılıq etmişdir. Biz bunu əsas tuturuq ki, GUAM suveren millətlərin ümumdemokratik dəyərlər və avrointeqrasiya səyləri ətrafında birləşməsinin mühüm regional nümunəsinə çevrilmişdir. O, bizim ümumi səylərimizi və bu gün regionlarımızda mövcud olan tələbləri birləşdirir. Təşkilatın inkişafının siyasi və iqtisadi tərəflərini dəqiq müəyyənləşdirərək bu gün demək olar ki, təşkilat təşəkkül tapmışdır, o, beynəlxalq əməkdaşlığın nəzərəçarpan amilinə çevrilmişdir. Mən dünya birliyinin GUAM-ın fəaliyyətinə və perspektivlərinə maraq göstərməsinə sevinirəm. Əlamətdar haldır ki, bugünkü zirvə görüşündə dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatların 30-a yaxın nümayəndə heyəti iştirak edir.

Eyni zamanda, mən Polşa, Litva, Rumıniya prezidentlərini, Bolqarıstanın, Estoniyanın, Amerika Birləşmiş Ştatlarının yüksək vəzifəli nümayəndələrini ayrıca salamlamaq və onlara ehtiramımı bildirmək istərdim. GUAM fəal surətdə dost və tərəfdaş qazanır. Mənə bunu qeyd etmək çox xoşdur ki, dünən biz GUAM-Polşa formatında ilk iclas keçirdik. Gələcəkdə eyni təkliflər Yaponiya və ABŞ-a da aid olacaq, transformasiyanı ölkələrimizin beynəlxalq təşkilatlarda birləşməsi başa çatdıracaqdır. Bu baxımdan mən baş katib, təcrübəli diplomat Valeri Çeçelaşvilinin mühüm səylərini vurğulamaq istəyirəm.

GUAM-ın hesabında bir sıra praktik nəticələr var. Xatırlatmaq istəyirəm ki, virtual mərkəz və terrorizm, mütəşəkkil cinayətkarlıq, insan alveri ilə mübarizə üzrə beynəlxalq informasiya-təhlil sistemi fəal işləyir. Biz ticarətə kömək layihəsinin gerçəkləşdirilməsi yolunda irəliləmişik, azad ticarət zonasının yaradılması üçün inamlı addımlar atılmışdır. Mən bu layihələri dəstəklədiyinə görə Amerika Birləşmiş Ştatlarının Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. İqtisadi sahədə və nəqliyyat sahəsində birgə layihələrin hazırlanmasına başlanmışdır. Son iki zirvə görüşünü həmin məsələlərə həsr etmişik, çünki bunlar regionumuz üçün çox mühüm layihələrdir.

Hesab edirəm ki, hazırda ümumi səylərlə həyata keçirilməsi zəruri olan bir neçə vəzifə var. Birincisi, mükəmməl nəqliyyat dəhlizlərinin yaradılmasıdır. Böyük İpək Yolunu müasir şəkildə bərpa etmək üçün bütün imkanlarımız var. Əminəm ki, ölkələrimizin hökumətləri İliçevsk-Klaypeda dəmir yol marşrutunun və İliçevsk-Poti bərə yolunun müntəzəm işləməsini təmin etmək üçün maksimum səy göstərəcəklər.

İkincisi, tranzit imkanlarımızı və energetika sahəsində qarşılıqlı əlaqəni möhkəmləndirmək lazımdır. Bu yaxınlarda Krakovda keçirilən energetika sammitində GUAM ölkələri - Azərbaycan, Gürcüstan və Ukrayna tərəfdaşlarımız olan Polşa və Litva ilə birlikdə enerji ehtiyatlarının hasilatı və tranzitinin vahid məkanını yaratmaq təşəbbüsünü irəli sürmüşlər. Bu məsələyə dair birgə işçi komissiya fəaliyyətə başlamışdır. Bu böyük layihəni həyata keçirmək üçün müvafiq işgüzar qurumlar, birgə müəssisələr yaradılır. Bu təklifin əsasını Avrasiya neft-nəqliyyat dəhlizi təşkil edir. Sistemin başlıca vəsiləsi artıq tikilmiş Odessa-Brodı neft kəməridir. Biz bu kəməri Polşa ərazisinə qədər uzadacağıq.

Üçüncü istiqamət. Biz Dünya Ticarət Təşkilatının qaydaları və normalarına əsaslanan azad ticarət zonası yaradılmasına başlamışıq. Bu, əslində, təşkilatımızın işinin əsas və praktik istiqamətlərindən biridir.

Dördüncü. Ölkələrimizə ağır irs - Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanıdakı kimi dondurulmuş münaqişələr qalmışdır. Ukrayna bu münaqişələrin sülh, siyasi yolla həllinin axtarılmasına gələcəkdə də hərtərəfli kömək göstərməkdə davam edəcəkdir. Bu münaqişələrin həlli mövzusunu BMT Baş Məclisinin geniş sessiyasında müzakirə etmək lazımdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qərar qəbul etməsi də gərəkdir. Ümidvaram ki, səylərimizin beynəlxalq miqyasda dəstəklənməsi bu problemi qəti şəkildə həll etməyə imkan verəcək, beləliklə də ümumavropa təhlükəsizliyini və sabitliyini möhkəmləndirəcəkdir.

Ümumilikdə GUAM regionda sabitliyin və inkişafın dayağı rolunu oynayır. Bu, bizim üzərimizə böyük məsuliyyət qoyur və siyasi, iqtisadi vəzifələrdən, mədəniyyətlərin dialoqu və turizmin inkişafından tutmuş terrorizmlə mübarizədə və digər təhlükəsizlik məsələlərində səmərəli əməkdaşlığadək məsələlərin geniş dairəsində fəal, əməli nəticələr əldə olunmasına yönəldilmiş fəaliyyəti davam etdirməyi tələb edir.

Əziz dostlar!

Biz GUAM-ın fəaliyyətinin birinci on illiyini layiqincə başa çatdırırıq. Qloballaşma prosesləri, regional təşkilatların səviyyəsinin artırılması meyilləri yeni tələblər irəli sürür. Təşkilatımız inkişafının yeni mərhələsini açır. İstəyirəm ki, o, yeni nailiyyətlər gətirsin. Ümidvaram ki, bu işdə təşkilatımız mühüm rol oynayacaq, əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət edəcək və yeni maraqlı fikirlər irəli sürəcəkdir.

Ən müxtəlif sahələrdə və ən müxtəlif səviyyələrdə uğurlu, konkret əməkdaşlıq layihələri GUAM-a müasir Avropa proseslərinə uyğunlaşan aparıcı regional təşkilat olmaq imkanı verəcəkdir.

Hörmətli dostlar!

Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın sədrliyinin Ukraynadan Azərbaycana keçməsini rəsmən bəyan etmək mənim üçün böyük şərəfdir. Əminəm ki, Azərbaycanın sədrliyi çox səmərəli olacaqdır. İlham Heydər oğluna və Azərbaycanın bütün rəhbərliyinə və xalqına bu yolda uğurlar və çoxlu nailiyyətlər arzulayıram.

X X X

İLHAM ƏLİYEV:

Bu estafeti qəbul edərkən biz həm də üzərimizə böyük məsuliyyət götürürük. Ümidvaram ki, Azərbaycanın GUAM-da sədrliyi ərzində biz birgə səylərimizlə inteqrasiya və ölkələrimizin və tərəfdaşlığımızın möhkəmlənməsi yolunda daha da irəli gedəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb