Ukrayna və Latviya arasında ikitərəfli təhlükəsizlik sazişi imzalanıb
Kiyev, 11 aprel, AZƏRTAC
Ukrayna və Latviya dövlətləri arasında ikitərəfli təhlükəsizlik sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
Litvada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski latviyalı həmkarı Edqars Rinkeviçslə birlikdə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.
Müqaviləyə əsasən Latviya Ukraynaya hər il ÜDM-in 0,25%-i həcmində hərbi yardım göstərəcək. Latviya kibermüdafiə, minalardan təmizləmə və dron texnologiyaları sahəsində Ukraynaya dəstək vermək üçün 10 illik öhdəlik götürür. Bu sənəd, həm də Ukraynanın Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmağa töhfə verəcək.
“Dost Latviyaya təşəkkür edirəm! Bizim azadlıq və müstəqillik uğrunda mübarizəmizə məhz bu, konkretlik lazımdır”, - deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, NATO-nun Vilnüs sammitində G7 ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıblar və sonradan bir sıra digər ölkələr də ona qoşuldular.
Müqavilə təkcə hərbi yardımdan deyil, həm də maliyyə və iqtisadi dəstəkdən, eləcə də Ukraynanın bərpasından bəhs edir.
Ukrayna ilə təhlükəsizlik zəmanəti haqqında saziş imzalayan ölkələr arasında Britaniya, Kanada, Almaniya, Fransa, Danimarka, İtaliya, Finlandiya və Niderland da var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]