Ukraynada koronavirus: 2777 nəfər yoluxub, 83-ü ölüb
Kiyev, 12 aprel, AZƏRTAC
Ukraynada son sutkada 266 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 2777 nəfərə çatıb ki, onların 170-ə yaxını uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb - 400-dən artıq.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 10 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 83 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 89 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]