UKRAYNADA SEÇKİQABAĞI KAMPANİYAYA RƏSMİ START VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukraynada 2006-cı ilin martında keçiriləcək xalq deputatları seçkilərinin seçkiqabağı kampaniyasına rəsmi start verilmişdir. Bunu Ukrayna Mərkəzi Seçki Komissiyası elan etmişdir.
Səsvermə 2006-cı il martın 26-da keçiriləcək, nəticələr aprelin 10-dək elan olunacaqdır.