UKRAYNADA SİYASİ BÖHRANIN NİZAMA SALINMASINA DAİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 21-də keçirilmiş prezident seçkilərindən sonra Ukraynada yaranmış siyasi böhranın nizama salınmasına dair danışıqlar prosesinin beynəlxalq iştirakçıları dekabrın 6-da yenə də Kiyevə gəlmişlər.
Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov Kiyevə birinci gəlmişdir. O hələ danışıqlara qədər Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşmüşdür.
Sonra Kiyevə daha iki beynəlxalq vasitəçi - Litva Prezidenti Valdas Adamkus və Polşa Prezidenti Aleksandr Kvasnevski gəlmişlər.
Avropa Şurasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xavyer Solana və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Yan Kubiş də Ukrayna paytaxtındadırlar. Yan Kubiş ATƏT ölkələri xarici işlər nazirləri Şurasının Sofiyada keçirilən iclasında iştirakını yarımçıq qoymuş Ukrayna xarici işlər naziri Konstantin Qrişşenko ilə gəlmişdir.
Ukrayna rəhbərliyi, prezidentliyə namizədlər Viktor Yuşşenko və Viktor Yanukoviç, habelə beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar Leonid Kuçmanın Kiyev yaxınlığındakı iqamətgahında keçiriləcəkdir. Hazırda Kiyevdə müxalifətin seçkilərin nəticələrinin saxtalaşdırılmasına qarşı kütləvi etiraz aksiyası və Kiyevin mərkəzindəki bir sıra baş inzibati binaların qarşısında piketlər davam edir.
Danışıqlara qədər bir sıra ikitərəfli görüşlərin keçiriləcəyi nəzərdə tutulmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]