UKRAYNADA SİYASİ QÜVVƏLƏR RAZILIĞA GƏLMİŞLƏR
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, Ukraynada siyasi vəziyyətin nizama salınmasına dair “dəyirmi masa” iştirakçıları dekabrın 7-də keçirilən üçüncü görüşdə ölkədə cari vəziyyəti müzakirə etmişlər. Müzakirələrdə Ukrayna Prezidenti Leonid Kuçma, Ali Radanın sədri Vladimir Litvin, prezidentliyə namizədlər Viktor Yuşşenko və Viktor Yanukoviç, habelə Avropa Birliyinin ümumi xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Xavyer Solana, Polşa və Litva prezidentləri Aleksandr Kvasnevski və Valdas Adamkus, Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov iştirak etmişlər.
Qarşı-qarşıya duran siyasi qüvvələr müzakirələr nəticəsində belə razılığa gəlmişlər ki, Ukrayna Ali Məhkəməsinin 3 dekabr tarixli qərarı ölkədə siyasi böhranın həllinə əsas verir və seçki prosesinin bütün iştirakçıları tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir. Prezident Mərkəzi Seçki Komissiyası üzvlərinin səlahiyyətinə vaxtından əvvəl xitam verir və onun yeni tərkibi haqqında Ali Radaya təkliflər göndərir. Tərəflər “Ukrayna Prezidenti seçkiləri haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında” Qanun qəbul olunmasının zəruriliyi barədə də razılığa gəlmişlər. Dəyişikliklərdə seçkilərin şəffaf və vicdanla keçirilməsi üçün mexanizm hazırlanması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]