Ukraynada yaşayan azərbaycanlı gənclər təşkilatlanırlar
Kiyev, 5 iyul, AZƏRTAC
Azərbaycanlı gənclərin Ukrayna cəmiyyətinə sürətli inteqrasiyası yeni mərhələyə qədəm qoyub.
Bu fikri yeni yaradılan Ukrayna-Azərbaycan Gənclər Hərəkatının sədri Əkbər Hüseynzadə AZƏRTAC-a açıqlamasında söyləyib.
Əkbər Hüseynzadə bildirib ki, hərəkatın məqsədi Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında gənclərin fəaliyyətini əlaqələndirmək və onlara dəstək olmaq, yenilənən Ukraynada gənclərin fəaliyyətini mobilləşdirməkdir. Təşkilatın fəaliyyəti Ukraynanın bütün ərazisini əhatə edəcək. Azərbaycan və Ukrayna strateji tərəfdaşlardır. Hər iki ölkənin gəncləri bu tərəfdaşlığın inkişafına töhfə verə bilər.
Qeyd edək ki, Poltava vilayətində yaradılan və əsasən müxtəlif sahələrdə uğur qazanmış fəal gənclərdən, xüsusilə titullu idmançılardan ibarət Ukrayna-Azərbaycan Gənclər Hərəkatı bu ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
İdmançıların üstünlük təşkil etdiyi, amma digər sahələrdə fəallığı ilə seçilən gənclərin də təmsil olunduğu hərəkatın üzvləri arasında azərbaycanlılar və ukraynalılarla yanaşı, bu ölkədə yaşayan bir sıra azsaylı xalqların gənc nümayəndələri də var. Təşkilatın sıralarına artıq 200-ə yaxın gənc qoşulub.
Ukraynanı bodibildinq üzrə beynəlxalq yarışlarda təmsil edərək bir sıra titullar qazanan Əkbər Hüseynzadə ali təhsilli hüquqşünasdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]