Ukraynada yeni antirekord: son sutkada 3584 nəfər koronavirusa tutulub
Kiyev, 17 sentyabr, AZƏRTAC
Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 3584 nəfər koronavirusa yoluxub, 60 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopol vilayətlərində qeydə alınıb.
Bununla da hazırda ölkədə koronavirusa yoluxanların sayı 166 min 240 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3400 nəfərdir, 73 min 913 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]