Ukraynadakı soydaşlarımızın problemləri yerindəcə həll olunur
Dnepr, 2 mart, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfirliyi Dnepr şəhərində yaşayan diaspor nümayəndələri və soydaşlarımız üçün “Açıq qapı” günü keçirib.
AZƏRTAC xəbər verir ki, Dneprdə keçirilən görüşdə səfirliyin müşaviri Vüsal Süleymanov soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.
V.Süleymanov qeyd edib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində səyyar görüşləri davam etdirəcək. Artıq vətəndaşlarla səyyar görüşlərin təşkili ənənə halına çevrilir. Bu cür görüşlərin intensiv keçirilməsinin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar çıxarmaqdır.
Səyyar görüş martın 3-də də keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr