Ukraynalı alim UNEC-də mühazirə oxuyub
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində T.Şevçenko adına Kiyev Milli Universiteti ilə əməkdaşlıq çərçivəsində ukraynalı professor, maliyyə kafedrasının rəhbəri, iqtisad elmləri doktoru İqor Lyutının iştirak etdiyi tədbirlər keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dünya iqtisadiyyatı ixtisası üzrə qruplarda professor İ.Lyutı “Qloballaşma və onun milli maliyyə sisteminə təsiri” mövzusunda mühazirə oxuyub.
Sonra ukraynalı professorla əməkdaşlığın mümkün istiqamətlərinə dair müzakirələr aparılıb. İ.Lyutı bakalavr və magistr proqramları çərçivəsində ABŞ və Qərbi Avropanın aparıcı universitetləri ilə birlikdə müxtəlif qrant layihələrində iştirak, birgə dərslik və dərs vəsaitlərinin yazılması, professor-müəllim heyətinin mübadilə imkanlarından bəhs edib.
Bildirilib ki, UNEC-in rektorunun təşəbbüsü ilə universitetlər arasında artıq bir sıra istiqamətlərdə əməkdaşlıq qurulub və müvafiq əlaqələrin genişləndirilməsi zəruridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]