Ukraynalı mütəxəssis: Yuri Vernidubun “Neftçi”də etimadı doğruldacağına inanıram
Bakı, 16 dekabr, AZƏRTAC
Vernidubun “Neftçi”də etimadı doğruldacağına inanıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ukraynanın “Dinamo” (Kiyev) klubunun akademiyasında çalışan Yuri Moroz “Neftçi”yə yeni baş məşqçi təyin olunan Yuri Vernidubla bağlı danışarkən deyib.
Ukraynalı mütəxəssis həmyerlisinin yaxşı taktiki düşüncəyə malik olduğunu bildirib: “Rəhbərlik etdiyi komandaları fiziki hazırlıq və oyun strukturuna əsaslanaraq formalaşdırır. Həm komanda oyununu, həm də futbolçuların fərdi bacarıqlarını inkişaf etdirməkdə peşəkardır”.
Y. Moroz “Neftçi”nin yeni çalışdırıcısına uğur qazanmaq üçün vaxt lazım olduğunu vurğulayıb: “Neftçi” Verniduba çox güvənir. Sadəcə, indiyədək komandada sabitlik olmayıb. Əminəm ki, baş məşqçi etimadı doğruldacaq və nəticələr ard-arda gələcək. Hazırda hər kəsin beynində yaranan sual yalnız budur: uğur nə vaxt özünü göstərəcək? Bu sualın cavabını isə yalnız zaman verəcək”.
Qeyd edək ki, “Neftçi” Yuri Vernidubla 1,5 illik müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]