Ukraynanın Sum vilayətində 20 min insanın təxliyəsinə zərurət var
Kiyev, 9 avqust, AZƏRTAC
Ukraynanın Sumi vilayətindən mülki əhalinin təxliyəsi davam edir. İlkin hesablamalara görə, 20 minə yaxın sakinin təhlükəsiz yerlərə daşınmasına ehtiyac var.
Bu barədə AZƏRTAC Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
Qeyd edilir ki, polis qrupları və Fövqəladə Hallar üzrə Dövlət Xidməti köçürülənləri, xüsusilə uşaqlı ailələri və yaşlıları daşıyır və müşayiət edir. Polis əməkdaşları təxliyə kolonlarını müşayiət edir, toplanma yerlərində qayda-qanunu təmin edir və vətəndaşlara yardım göstərirlər.
“Toplanış yeri, vaxtı və təxliyə üçün qeydiyyat haqqında ətraflı məlumatla bağlı icma sədrləri və ağsaqqallarına müraciət edin”, - deyə məlumatda bildirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]