Ulduz futbolçu Azərbaycan millisi ilə oyunda rekorda imza atıb
Bakı, 20 noyabr, AZƏRTAC
Belçika millisinin və İtaliyanın "Roma" klubunun hücumçusu Romelu Lukaku Avropa çempionatlarının seçmə mərhələləri tarixində rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, 30 yaşlı hücumçu buna “Avro-2024”ün seçmə mərhələsində evdə Azərbaycan yığmasına 5:0 hesabı ilə qalib gəldikləri oyunda 4 qol vurmaqla nail olub.
Seçmə mərhələlərdəki qollarının sayını 14-ə çatdıran təcrübəli forvard bu göstərici ilə portuqaliyalı Kriştianu Ronaldu (10 qol), ingiltərəli Harri Keyn (12 qol) və polşalı Robert Levandovskini (13 qol) geridə qoyub.
Qeyd edək ki, Romelu Lukaku "Kinq Boduen” stadionunda oynanılan görüşün 17-ci, 26-cı, 30-cu və 37-ci dəqiqələrində fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]