Ulduz futbolçu qış fasiləsində “Real Madrid”i tərk edə bilər
Bakı, 24 noyabr, AZƏRTAC
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Vinisius Junior qış transfer pəncərəsində komandasını dəyişə bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Madrid klubu ilə yeni müqavilə barədə razılığa gələ bilmir. Bu səbəbdən İngiltərənin “Mançester Siti”, “Çelsi” və Səudiyyə Ərəbistanının bəzi klubları onunla maraqlanır. Forvardın “kral klubu” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
V. Junior 2018-ci ildən "Real Madrid"də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Üçqat İspaniya çempionu olan “sambaçı” üç dəfə İspaniya Kubokunun, üç dəfə İspaniya Superkubokunun və iki dəfə Çempionlar Liqasının qalibi olub. Braziliya millisinin üzvü, həmçinin iki dəfə UEFA Superkubokunu və eyni sayda klublararası dünya çempionatı titulunu başı üzərinə qaldırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [20:31]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:08]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]