Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Heydər Əliyev Azərbaycanda tarixi abidələrin qorunmasına xüsusi önəm verib

Ulu Öndər Heydər Əliyev Azərbaycanda tarixi abidələrin qorunmasına xüsusi önəm verib

Bakı, 2 may, AZƏRTAC

Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Vətəninə və xalqına ruhən bağlı bir şəxsiyyət olub və bütün fəaliyyəti dövründə Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə böyük dəyər verib. Xüsusilə Ulu Öndər tarix elminə böyük maraq göstərib, Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.

Dahi rəhbər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından birini məhz tarixi abidələrimiz təşkil edir desək yanılmarıq. Ona görə də müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdəndir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Nasir Quluzadə söyləyib. N.Quluzadə bildirib ki, Azərbaycanda arxeoloji tədqiqatların yüz ildən artıq tarixinin olmasına baxmayaraq bu sahədə inqilabi inkişafa məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə nail olunub. 1978-ci ildə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu yaradılıb. Qoruğun ərazisinə rayonun Qaraçay və Covurlu çayları arasındakı şimal-cənub istiqamətində uzanan yüksək yaylalar daxildir. Eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin mərkəzinin qalıqlarının olduğu bu ərazi arxeoloji tədqiqatların aparılması baxımından, mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ümumilikdə 420 hektar ərazini əhatə edən Qoruq 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.

Xalqımızın qədim tarixinin arxeoloji tədqiqinə xüsusi diqqət yetirilib, regionlarda arxeoloji qazıntı işlərinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün müvafiq bazalar yaradılıb. Ulu Öndər rayonlara səfərləri zamanı tarixi abidələrin qorunması və arxeoloji qazıntı işləri ilə şəxsən maraqlanıb, qədim tariximizin yadigarları olan abidələrimizin tədqiqinin və təbliğinin zəruriliyini bildirib. Onun belə səfərlərindən biri də arxeoloq Rəşid Göyüşovun tədqiqat apardığı qədim Şabran ərazisindəki “Qala” adlanan yerə olub. Arxeologiya elmini və arxeoloji abidələrimizi yüksək dəyərləndirən Heydər Əliyev 1983-cü il sentyabrın 6-da Şabranda olarkən həmin qazıntı yerinə baxıb.

Arxeoloq alimlərimizin apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın dünyada ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilib. Həmin dövrdə respublikamızın bütün bölgələrində arxeoloji ekspedisiyalar fəaliyyət göstərib, xalqımızın maddi-mədəni irsinə dair yüz minlərlə qədim nümunələr - arxeoloji materiallar toplanıb. Böyük şəhərlərlə yanaşı, Azərbaycanın demək olar ki, bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılıb, qədim və yaxın tariximizin ən nəfis nümunələri həmin muzeylərə toplanıb və qorunub.

Azərbaycanın tarixi, memarlıq və arxeoloji abidələrinin tədqiqini və təbliğini yaxşılaşdırmaq məqsədilə hələ sovet dövründə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin tapşırığı əsasında respublikada şəhərsalma, memarlıq və arxeoloji abidələrin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması ilə bağlı müvafiq qərar qəbul olunub. Həmin qərara uyğun olaraq Azərbaycanın paleolit, mezolit, neolit, eneolit, tunc, dəmir, antik və orta əsr arxeologiyasına aid 100-ə yaxın kitab və kitabça çap olunaraq, həm ölkə daxilində, həm də xarici mütəxəssislərə göndərilib. Eyni zamanda, 1981-ci ildə Azərbaycan, rus, ingilis və fransız dillərində “Azıx mağarası” adlı kitabça nəşr olunaraq elmi ictimaiyyətə çatdırılıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da tarixi abidələrimizə və onların qorunması məsələlərinə diqqət göstərilib. Belə ki, Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə qayıdışından sonra tarixi abidələrin mühafizəsinin hüquqi bazası yaradılıb. Dahi rəhbər “Çıraqqala” tarixi abidələr kompleksinin yaradılması və qorunması, “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin və digər memarlıq və tarixi abidələrimizin qorunması ilə bağlı sərəncamlar imzalayıb.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərdə respublikanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikası ərazisində də qədim tariximizin, maddi-mədəni irsimizin öyrənilməsinə və qorunmasına böyük diqqət yetirilib. Naxçıvanda ən iri miqyaslı arxeoloji qazıntı işləri, çoxsaylı abidələrin qeydiyyata alınması, maddi mədəniyyət qalıqlarının toplanması və geniş ictimaiyyətə təbliğ edilməsi üçün tarix-diyarşünaslıq muzeylərinin yaradılması məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilib. Xalqımızın maddi mədəni irsinin öyrənilməsinin zəruriliyini önə çəkən Heydər Əliyev Azərbaycanın qədim tarixinin araşdırılmasında Naxçıvan abidələrinin müstəsna əhəmiyyətini nəzərə alaraq 2001-ci ildə muxtar respublikaya geniş tərkibli arxeoloji ekspedisiyanın ezam edilməsi barədə göstəriş verdi. Arxeoloq Nəcəf Müseyiblinin rəhbərlik etdiyi “Naxçıvan-Gəmiqaya” arxeoloji ekspedisiyası yaradıldı. İki il fəaliyyət göstərən bu ekspedisiya Gəmiqaya dağının yamaclarındakı abidələr kompleksini - tunc dövrünə aid qayaüstü rəsmləri, qəbir abidələrini və yurd yerlərini tədqiq edib. Burada 1500-ə qədər qayaüstü təsvir qeydə alınıb, həmin abidələrdə arxeoloji qazıntı işləri aparılıb. Ulu Öndər 2002-ci il avqustun 15-də Naxçıvan Ali Məclisinin iclas salonunda Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətinin, tanınmış alimlər, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirdiyi müşavirədə Azərbaycanın, eləcə də onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti, ədəbiyyatının yenidən dərindən öyrənilməsi və onlar haqqında elmi əsərlərin, kitabların və başqa nəşrlərin hazırlanmasına böyük ehtiyac olmasını xüsusi vurğulayıb, bu istiqamətdə araşdırmaların aparılmasını tarixçi alimlər qarşısında əsas vəzifə kimi qoymuşdu.

“Ulu Öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün sahələrə olduğu kimi, tarixi abidələrimizin qorunmasına daim xüsusi qayğı göstərir, bu məsələ ilə əlaqədar mühüm qərarlar qəbul olunub. 2008-ci ilin fevralın 5-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam Azərbaycan arxeologiya elminin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Həmin Sərəncama əsasən, 2008-2009-cu illərdə arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı xüsusi vəsait ayrılıb, bu da arxeoloji ekspedisiyaların fəaliyyətini xeyli gücləndirib. 2012-ci ildə arxeoloji araşdırmalarla bağlı Prezident iki sərəncam imzalayıb. Onlardan biri Tovuz rayonundakı Neolit dövrünə aid “Göytəpə” abidəsində geniş tədqiqatların aparılmasını və orada arxeoparkın yaradılmasını, ikincisi isə 2012-2014-cü illərdə respublika ərazisində arxeoloji araşdırmaların aparılması üçün məqsədyönlü vəsaitin ayrılmasını nəzərdə tutur. Bu sərəncamlar arxeoloji abidələrimizin tədqiqinə göstərilən ən böyük diqqət və qayğının parlaq təzahürü olmaqla yanaşı, qədim tariximizin daha dərindən öyrənilməsi üçün arxeoloq alimlər qarşısında mühüm vəzifələr qoyub. Sərəncamların icrası ilə əlaqədar olaraq Arxeologiya və Etnoqrafiya İnstitutunun (indiki Arxeologiya. Etnoqrafiya və Antropologiya İnstitutu) 40-a yaxın ekspedisiyası respublikamızın bütün bölgələrində genişmiqyaslı arxeoloji qazıntı işləri aparıb. Bunlardan 8 ekspedisiya yalnız Naxçıvan Muxtar Respublikası ərazisindəki abidələrdə tədqiqat işlərini həyata keçirib. Bu ekspedisiyalar AMEA Naxçıvan Bölməsinin mütəxəssisləri ilə sıx əməkdaşlıq şəraitində çalışıb, eyni zamanda, Şərur rayonundakı Ovçular təpəsi və Oğlanqala abidələrində Fransa və ABŞ alimlərinin də daxil olduğu beynəlxalq ekspedisiyalarda fəaliyyət göstəriblər”,- deyə N.Quluzadə bildirib.

Alim qeyd edib ki, ölkəmizdə aparılmış arxeoloji qazıntılar və tədqiqatlar bu sahədə mühüm elmi nəticələrin əldə olunmasına geniş imkan yaradıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın maddi-mədəni irsimizin mühafizəsi, təbliği istiqamətində xidmətləri əvəzsizdir. Məhz Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində tarixi və elmi əhəmiyyətinə görə dünyada analoqu olmayan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr əsasında “Qala” tarix-etnoqrafiya və Atəşgah tarix memarlıq qoruqlarında maddi-mədəni irsimizin sərgilənməsi, ölkə və xarici turizm məqsədi ilə istifadəsi üçün ən müasir tələblərə cavab verən infrastruktur yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilib

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb