ULU ÖNDƏRİN XATİRƏSİ EHTİRAMLA YAD EDİLMİŞDİR
Mərkəzi mədəniyyət evində keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə açaraq, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi onilliklər ərzində gördüyü işlərdən danışmış, onun fenomen şəxsiyyət kimi dünya siyasətindəki rolundan söhbət açmışdır. Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayevin “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzəsi dinlənilmişdir.
Rayon ictimaiyyəti nümayəndələri ürək sözlərini söyləmiş, məktəblilər ulu öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər. Tədbir rayonun incəsənət ustalarının çıxışları ilə başa çatmışdır.