Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülvi Quliyev: Qələbəni etiraf etmək siyasi mədəniyyət tələb edir

Ülvi Quliyev: Qələbəni etiraf etmək siyasi mədəniyyət tələb edir

Bakı, 12 yanvar, AZƏRTAC

Milli Məclisin deputatı Ülvi Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 11-də Rusiyaya işgüzar səfəri, keçirilən üçtərəfli görüşlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Belə bir görüşün keçirilməsini milli maraqlarımız baxımından necə dəyərləndirirsiniz?

-Əvvəla, onu qeyd edim ki, əgər bu görüş baş tutmasaydı, o zaman narahat olardıq. Elə bir vəziyyətlə üzləşsəydik yenidən götür-qoy etməyə və narahat nəticələr üzərində düşünməyə vadar olardıq. Baş tutan görüş isə imkan verir ki, savaş meydanında əldə etdiyimiz hərbi qalibiyyəti diplomatik-siyasi müstəvidə möhkəmləndirə, rəsmiləşdirə bilək. Bu istiqamətdə ilk addım noyabrın 10-da atılmışdı, üçtərəfli birgə Bəyanat imzalanmışdı. Həmin Bəyanatla tərəflər öz üzərinə konkret öhdəliklər götürmüşdülər. Ötən iki ay müddətində bu öhdəliklərin bir qismi yerinə yetirilib, o cümlədən Ağdam, Kəlbəcər və Laçın rayonları məğlub Ermənistan tərəfindən Azərbaycana qaytarılıb. Onları döyüşsüz, əlavə itkilər vermədən qalib tərəf kimi əldə etmişik. Bu müddətdə əsirlərin dəyişdirilməsi, həlak olanların meyitlərinin götürülməsi istiqamətində konkret işlər görülüb. Lakin 10 noyabr Bəyanatından sonra ötən 60 gün göstərdi ki, onun bəzi bəndlərinin həyata keçirilməsi üçün işlək mexanizmin formalaşdırılmasına ehtiyac var. Xüsusən, Bəyanatın 9-cu bəndində nəzərdə tutulan kommunikasiya, nəqliyyat dəhlizi məsələlərinin həlli baxımından bu, zəruridir. 44 günlük Vətən müharibəsinin nəticəsində əldə etdiyimiz qalibiyyət yalnız torpaqlarımızın işğaldan azad olunması ilə bağlı deyil. Mühüm tarixi nailiyyətimiz Naxçıvanı quru yolla Azərbaycana bağlamaq istəyimizi reallaşdırmaq imkanıdır. Bu, Mehri üzərindən Naxçıvana və Türkiyəyə dəmir yolunun açılması ilə bağlı işlərin başlanması, Şərq-Qərb nəqliyyat dəhlizinin işlək vəziyyətə gətirilməsi deməkdir. Digər tərəfdən, 10 noyabr Bəyanatından sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərimizdə erməni terror dəstələrinin zərərsizləşdirildiyi və saxlanıldığı, onların bir qrupunun Qarabağa Ermənistandan keçdiyi barədə məlumatlıyıq. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında üçtərəfli görüşün diplomatik mahiyyətinə uyğun tərzdə həmin məqama da diqqət çəkdi: “Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb”. Şübhə etmirəm ki, bu və digər məsələlər bağlı qapılar arxasında daha detallı şəkildə müzakirə edilib, əlavə tədbirlər nəzərdə tutulub. Bir sözlə, hərbi müstəvidə Ermənistanın məğlubiyyətini şərtləndirən 10 noyabr Bəyanatının bənd-bənd, addım-addım reallaşdırılmasına və diplomatiya xətti ilə uğurlarımızın milli maraqlarımıza uyğun şəkildə rəsmiləşdirilməsinə şahidlik edirik.

-Belə çıxır ki, 10 noyabr Bəyanatından sonra 11 yanvar bəyanatını da imzalayan Paşinyanı ölkəsində yeni təlatümlər gözləyir?

-Təbii ki, məğlub olan tərəfin cəmiyyəti həmişə təlatümlərə məhkum olub. Ermənistan da istisna deyil. Lakin bu coğrafi qonşumuz dövlətçiliyini de-yure də itirməmək, regionda varlığını qorumaq naminə məğlubiyyətindən sonrakı reallıqlarla hesablaşmaq məcburiyyətindədir. Əks təqdirdə, onu daxili siyasi çəkişmələrlə yanaşı, ciddi iqtisadi təlatümlər də gözləyir. Ermənistan cəmiyyətində anlamalıdırlar ki, xəstə təxəyyüllərinin təməlində dayanan “seçilmiş millət” mifindən, revanş hisslərindən birdəfəlik qurtulmayınca, regionda özlərini rahat hiss etməyəcəklər və region dövlətləri tərəfindən təklənib təcrid olunmuş vəziyyətdə yaşamağa məhkum olacaqlar. Bu yol onlara yalnız tənəzzül və xaosla bağlı gələcək vəd edə bilər.

Yanvarın 11-də keçirilən görüşdə Paşinyan bir daha əmin oldu ki, məğlub tərəfin rəhbəri kimi qalib tərəf olan Azərbaycanın və regionda strateji maraqlarını gizlətməyən Rusiyanın şərtlərini qəbul etməyə məcburdur. Elə bu səbəbdən, o, 10 noyabrdan sonra Azərbaycan tərəfinin saxladığı erməni terror-diversant dəstələrinin azad edilməsi ilə bağlı istəyinə Prezident İlham Əliyevdən ədalətli yox cavabını aldı. Dövlətimizin başçısı Ermənistana, onun xaricdəki havadarlarına və ermənilərin lobbi mərkəzlərinə xəyalla yaşamağın mənasız olduğunu göstərmək üçün bu bəyanatı da verdi: “Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb”. Prezident İlham Əliyev münaqişənin keçmişdə qaldığını vurğulamaqla açıq şəkildə bildirdi ki, onun təməlində dayanan və münaqişənin əsas səbəbi olan status məsələsi də keçmişdə qalıb və qalib Azərbaycan üçün müzakirə mövzusu deyil.

Bu görüşdə Azərbaycan vətəndaşlarından biri kimi məni məmnun edən və mənəvi rahatlıq gətirən o idi ki, 30 illik bir tarixdən sonra Azərbaycan Prezidenti Ermənistanın dövlət başçısı ilə görüşdə Müzəffər Ali Baş Komandan kimi qalib tərəfi təmsil edirdi. Bu, özünü həm tərəflərin verdiyi bəyanatların məzmununda, həm də davranışlarda açıq şəkildə büruzə verirdi. Müharibədən sonra Paşinyanla ilk canlı təmasda bu mənzərəni seyr edə bilmək həqiqətən qürurvericidir.

-11 yanvardan əvvəl ölkəmizin radikal müxalifəti görüş ətrafında ajiotaj qaldırmışdı, müxtəlif iddialar irəli sürürdü.

-Bir vaxtlar onlar iddia edirdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə torpaqlarımız heç vaxt işğaldan azad edilməyəcək. Son iki ayda onların başqa iddialarının da şahidi olduq ki, guya Paşinyan 10 noyabr Bəyanatına heç imza atmayıb. 11 yanvar görüşü bu iddianın da absurd olduğunu sübut etdi. Hərdən mənə elə gəlir ki, radikal müxalifət adlandırdığınız o qrup cənab İlham Əliyevin dövlətçilik və siyasətçi potensial və imkanlarını özləri üçün indi-indi kəşf etməyə başlayıblar. Anlamağa başlayıblar ki, bu potensialın və gücün qarşısında rəqabət aparmaq üçün çox zəifdirlər. Çünki potensial şəxsi keyfiyyətlərə bağlıdırsa, gücün arxasında siyasi iradə və dövlətçilik təcrübəsi ilə yanaşı, xalqımızın dəstəyi və istəyi dayanır. Bununla hesablaşmamaq paralel dünyada xülyalarla yaşamaq, sadəlövhlük deməkdir. Ümumxalq Qələbəmizin müəllifinin kimin olmasından asılı olmayaraq, bu Qələbəyə sevinmək vətəndaşlıq məsuliyyəti, imza müəllifinə hörmət göstərmək və onun siyasi üstünlüyünü etiraf etmək isə siyasi mədəniyyət tələb edir. Bu ənənənin formalaşması cəmiyyətimizin sabahı, gələcək nəsillər üçün çox vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb