İDMAN
“ÜMİD” DEVİZİ İLƏ BAKI FUTBOL ÇEMPİONATI BAŞLANMIŞDIR
İlk turun oyunlarının nəticələri belədir: “Azərbaycan U-15” - “Neftçi” PFK- 2:0, “Neftçi” İSM -“Olimpik” - 0:1, “Zəngəzur” - “Təhsil” - 1:1, “İnter” - “Qarabağ” - 0:3, MOİK -“İnam” - 9:1.
Həmçinin həmin gün Bakı Futbol Federasiyasının Nizam-İntizam komitəsinin iclası keçirilmişdir. Tədbirdə uşaq komandaları arasında “Sabahın ulduzları” devizi ilə keçirilən paytaxt birinciliyinin oyunlarında baş vermiş hadisələrə hüquqi qiymət verilmiş, Əsasnamənin tələblərinə qeyri-ciddi yanaşdığına görə bəzi futbolçulara xəbərdarlıq olunmuşdur. Federasiya komandalara, məşqçilərə və valideynlərə müraciət edərək bildirmişdir ki, futbolçuların təvəllüd tarixinin saxtalaşdırılmasına yol verilməməlidir və buna qarşı ciddi tədbirlər görülməsi nəzərdə tutulur.
Xatırladaq ki, uşaq komandaları birinciliyinin növbəti turunun oyunları aprelin 29-da “Şəfa” stadionunda keçiriləcəkdir: “Sülh”- “Ruslan”, “Kənan” - “İnter”, “Vətən” - “Təhsil”, “Neftçi” İSM -“Neftçi” PFK, “Olimpik” - “İnam”.