Ümumdünya Badminton Federasiyası gender bərabərliyinin təmin olunması barədə konstitusional dəyişiklik edib
Bakı, 26 iyul, AZƏRTAC
Ümumdünya Badminton Federasiyası qurumun şurasında təmsil olunanlar arasında gender bərabərliyinin təmin olunması barədə konstitusional dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə Ümumdünya Badminton Federasiyasının videokonfrans formatında 81-ci illik baş iclası baş tutub. Toplantıda Ümumdünya Badminton Federasiyasının Şurasında coğrafi və gender təmsilçiliyinin təmin olunması istiqamətində qərarlar qəbul edilib.
Beləliklə, təşkilatın şurasında təmsilçilik üçün gender bərabərliyi hər cins üçün minimum 30 faiz müəyyən edilməklə və hər qitədən təmsilçilərin olması təmin edilməklə konstitusiyaya dəyişiklik təsdiq edilib. Bu, 2020-ci ilin sonuna kimi bütün beynəlxalq federasiyalarda qərarverici orqanların işində 30 faiz gender iştirakının hədəf kimi götürülməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin irəli sürdüyü tövsiyədir.
Ümumdünya Badminton Federasiyasının prezidenti Poul-Erik Hoyer qurumun tarixində ilk dəfə virtual şəkildə keçirilən illik baş iclasın yekunlarını əhəmiyyətli hadisə adlandıraraq Yay Olimpiya İdman növləri Beynəlxalq Federasiyalar Assosiasiyaları arasında Ümumdünya Badminton Federasiyasının 3-cü pillədə olmasını fantastik nəticə adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]