Ümumdünya Şahmat Olimpiadası: Komandamız top divizionda B qrupunda mübarizə aparacaq
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də ikinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunun oyunları start götürəcək.
AZƏRTAC xəbər verir ki, birinci diviziondan mübarizə aparacaq Azərbaycan milli komandası B qrupunda yer alıb. Komandamızın rəqibləri İsveç, Çin, Macarıstan, Belarus, Hindistan, Moldova, Sloveniya, Misir və Fransa olacaqlar. Şahmatçılarımız hər gün 3 oyun keçirəcəklər.
Yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarətdir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva isə ehtiyat oyunçular sırasında yer alıblar.
Qrupda ilk iki yeri tutan komanda pley -offa yüksələcək. Birinci divizionun oyunları sentyabrın 10-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]