Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyətin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.