ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
Moldova Respublikasının Prezidenti Vladimir Voronin Azərbaycana rəsmi səfərinin ikinci günü, oktyabrın 27-də səhər Fəxri xiyabana gəlmişdir.
Burada ali qonağı Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladı.
Moldova dövlətinin başçısı ümummilli liderimiz, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin məzarını ziyarət etdi, dünya şöhrətli siyasətçinin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.