ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BOULİNQ ÜZRƏ TURNİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Bakı Əyləncə Mərkəzində (BƏM) ulu öndər Heydər Əliyevin 85-ci ildönümünə həsr olunmuş boulinq üzrə turnir keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi yarışda qurumun aparatının və yerli şöbələrinin, həmçinin “Exo” və “İdman” qəzetlərinin komandaları iştirak etmişlər.
Turnirin ümummilli lider Heydər Əliyevin yubileyi ərəfəsində keçirilməsini əlamətdar bir hadisə kimi qeyd edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov yarış iştirakçılarının ölkəmizi bu idman növü üzrə keçiriləcək beynəlxalq yarışlarda da təmsil edəcəklərinə ümidvar olduğunu bildirmişdir.
Turnirdə I yeri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Nərimanov rayon təşkilatının komandası tutmuşdur. Səbail rayon təşkilatı II yerə, “Exo” qəzetinin kollektivi III yerə çıxmışdır.
Qaliblər kubok və diplomlarla mükafatlandırılmışlar. Bundan əlavə, ilk 3 yerin sahibləri BƏM-in xidmətlərindən pulsuz istifadə hüququnu əldə etdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]