Ümummilli Liderin xatirəsi Tərtərdə ehtiramla yad olunub
Tərtər, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.