UNEC-də onlayn təlimlərə start verilir
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Pedaqoji fəaliyyətdə müasir tədris üsulları” mövzusunda onlayn təlimlərə start verilir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir gənc müəllimlərin tədris bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunacaq. Təlimlərdə UNEC-in, eləcə də Zaqatala filialının, universitetin nəzdindəki kolleclərin və digər ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər. Təlimlər ödənişsizdir.
Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin Keyfiyyətə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçiriləcək 5 günlük təlimlər “Zoom” platforması üzərindən aparılacaq.
Təlimlər Azərbaycanın aparıcı mütəxəssisləri, ABŞ və Türkiyə universitetlərinin professorları tərəfindən keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]