UNEC-in 6 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin 6 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Prezident təqaüdçüsü olan Pərvanə Ağazadə, eləcə də digər tələbələr - Mehdi Əflaki, Rövşən Məmmədli, Rza Quliyev, Sübhan Əlizadə, Hüseyn Mehdiyev “Heydər Əliyev adına təqaüd” qazanmaqla yanaşı, həm də UNEC-in TOP 15 təqaüdçüləridir.
Prezident İlham Əliyevin 2023-cü il 24 iyun tarixli Sərəncamına əsasən, bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [17:34]
BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub
- 19.08.2026 [16:38]
Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi
- 19.08.2026 [15:49]
AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər
- 19.08.2026 [15:44]
Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq
- 19.08.2026 [14:08]