Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESCO təsdiqlədi: “dolma” sözü “doldurma” türk sözündən yaranıb

UNESCO təsdiqlədi: “dolma” sözü “doldurma” türk sözündən yaranıb

Berlin, 7 dekabr, AZƏRTAC 

Hələ 2014-cü ildə Azərbaycan Ermənistanın çar Tiqranın dövründən başlayaraq əsrlərboyu başqa xalqların nailiyyətlərini mənimsəyərək və onları qədim ermənilərin ixtiraları kimi qələmə verərək UNESCO-da rəsmiləşdirmək cəhdinin qarşısını almışdı. Xatırladaq ki, o vaxt Ermənistan “lavaşın ənənəvi erməni çörəyi” kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması üçün UNESCO-ya müraciət etmişdi. Lakin Azərbaycan nümayəndə heyəti əsaslandırılmış şəkildə etirazını bildirərək komissiyaya izah etdi ki, lavaşı bir sıra səbəblərdən heç cür “erməni çörəyi” adlandırmaq olmaz. Əvvələn, “Lavaş: ənənəvi ERMƏNİ ÇÖRƏYİNİN hazırlanması, əhəmiyyəti və xarici görkəmi mədəniyyətin ifadəsi kimi” şəklində ilkin ifadə bu sifarişin müəlliflərinin etirazına baxmayaraq, “Lavaş: ənənəvi çörəyin hazırlanması, əhəmiyyəti və xarici görkəmi ERMƏNİSTANDA mədəniyyətin ifadəsi kimi” sözləri ilə əvəzləndi. Beləliklə, UNESCO lavaşın “erməni çörəyi” olması barədə iddianı rədd etdi və yalnız onu qeyd etdi ki, lavaşı Ermənistanda yeyirlər. Əslində bu, həqiqət idi. Bəli, yeyirlər. Lakin nə olsun? Baxın, Marşall adalarında da ketçup ilə çizburger yeyirlər.

İki ildən sonra, 2016-cı ildə isə Efiopiyanın paytaxtında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin qorunub saxlanması üzrə 11-ci Hökumətlərarası Komitəsinin iclasında bu məsələyə nöqtə qoyuldu və Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyənin lavaş, katırma, jupka, yufka adlanan kökənin Reprezentativ Siyahıya daxil edilməsi barədə birgə müraciəti bəyənildi (bax: http://www.unesco.org/culture/ich/en/RL/flatbread-making-and-sharing-culture-lavash-katyrma-jupka-yufka-01181).

Təbii ki, ermənilər növbəti məğlubiyyət rüsvayçılığını həzm edə bilmədilər və əgər şivən qoparmasaydılar, heç erməni olmazdılar. O cümlədən öz ölkəsinin əhalisini axmaq yerinə qoyaraq onlarda ümid yaradırdılar ki, ermənilərin əksəriyyəti ilk mənbəni təkrar-təkrar yoxlamaq əvəzinə, çox güman ki, öz nazirlərini eşidəcəklər. Məsələn, Ermənistan mədəniyyət nazirinin müavini Arev Samuelyan elan etdi ki, “erməni lavaşı”nın UNESCO tərəfindən tərtib edilən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi barədə müraciət ekspertlər tərəfindən “yekdilliklə və ifadə forması dəyişdirilmədən” qəbul olunub. UNESCO-nun milli komissiyasının Ermənistandakı katibi Vaqram Kajoyan da öz vəzifəsində qalmaq üçün bir qədər yalan danışmalı olub. O deyib: “Sirr deyil ki, bəzi qonşularımız bizim müraciəti və milli hesabatı ləğv etməyə böyük ümid bəsləyirdi, lakin buna baxmayaraq, biz uğur qazandıq”.

Onların hər ikisinin həyasızcasına yalan danışmasını və özlərinin hər şeyi qəbul edən, zombiləşdirilmiş cəmiyyətini aldatmasını yəqin etmək üçün iki mətnə - Yerevanın ilkin müraciətinin mətnindəki “Lavash, the preparation, meaning and appearance of TRADITIONAL ARMENIAN BREAD (!) as an expression of culture” ifadəsinə və UNESCO tərəfindən qəbul edilmiş, onun saytında dərc olunmuş son sənədin mətnindəki “Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture IN ARMENIA” ifadəsinə nəzər salmaq kifayətdir (bax: https://ich.unesco.org/en/RL/lavash-the-preparation-meaning-and-appearance-of-traditional-bread-as-an-expression-of-culture-in-armenia-00985).

Əlbəttə, ermənistanlı nazir müavini yalanı ifşa ediləndən sonra çətin ki, özünə gələ bilsin. Lakin bizim köynəyimizi yırtmağa və ermənilərə məmurların onları aldatdığını başa salmağa dəyərmi ki, həm nazir müavininin öz xalqına yalan danışmaqdan, həm də sadə ermənilərin bu yalanı sevinə-sevinə qəbul etməkdən xoşu gəlir. Bizim bunu izah etməyimizə dəyər? Bir də ki, biz indiyə qədər adamların yalana inanması, hətta bu yalan ifşa ediləndən sonra da onu rahatca qəbul etdiyi hallarla üzləşməyimiz az olub? Bu yerdə futbol üzrə Qafqaz yığması barədə bir lətifə yada düşür: həmin komandada qapını qorumaq bir erməniyə tapşırılır. Ona qol vursan belə, bunu sübut edə bilmirsən. Buna görə də əgər ermənilər özlərinin yalançı nazir müavininə inanmağı iki sənədin mətnindəki aşkar fərqi görən öz gözlərinə inanmaqdan üstün tuturlarsa, onlara ümumiyyətlə nəyisə sübut etməyə çalışmağa dəyərmi? Sizi aldadırlar, canınız sağ olsun. 2014-cü ildə bizim üçün əhəmiyyətlisi UNESCO səviyyəsində qəbul edilmiş sənəddən “erməni çörəyi” barədə ifadəni çıxarmaq, sonra, 2016-cı ildə isə biz özümüz də daxil olmaqla, bu cür çörək bişirən bir sıra başqa xalqların adını əlavə etmək idi və belə də oldu.

Qoy, Ermənistanın mədəniyyət nazirinin müavini Arev Saumelyan yalan danışmaqda davam etsin. Gözləri açıq olan hər kəs görə bilər ki, Ermənistanın ilkin müraciəti rədd edilib və Azərbaycanın və Türkiyənin etirazı nəticəsində dəyişilmiş formada qəbul olunub.

Bu həftə Koreyanın paytaxtında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin qorunub saxlanması üzrə 12-ci Hökumətlərarası Komitəsinin iclasında ermənilərin özgəsinə məxsus olanları oğurlamaq ənənəsinə növbəti zərbə vuruldu. Azərbaycanın dolma haqqında müraciəti qəbul edildi. Özü də müraciət olduğu kimi qəbul edildi. Bu, ilkin mənbədə də görünür: https://ich.unesco.org/en/RL/dolma-making-and-sharing-tradition-a-marker-of-cultural-identity-01188.

Xüsusi vurğulamalıyıq ki, Bakı ermənilər üçün əlçatmaz olan və onlara məlum olmayan yüksək dərəcədə nəciblik nümayiş etdirərək, müraciətin mətnində xörəyin adının mənşəyi ilə yanaşı, bir faktı da qeyd edib ki, bu xörək Azərbaycan Respublikasının bütün regionlarında hazırlanır! Bu cümlədə ermənilərə iki eyham var: birincisi, əgər “dolmanı sevirsənsə”, burada heç bir qeyri-adi məsələ yoxdur - Dağlıq Qarabağ məhz Azərbaycan Respublikasının belə regionlarından biridir. İkincisi, əgər dolmanı xoşlayırsınızsa, yeyin, nuş olsun, amma bu sözün “doldurma” kökünü unutmayın. Amma əgər birdən unutsanız, onda UNESCO sizə xatırladacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib