ÜRƏKLƏRDƏ YAŞAYAN BÖYÜK İNSANIN XATİRƏSİ EHTİRAMLA YAD EDİLİR
Dünya şöhrətli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini ağdamlılar dərin hörmətlə yad edirlər. Ümummilli liderimizin vəfatının ildönümü ilə əlaqədar rayonda müxtəlif tədbirlər keçirilir.
Ağdam Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, idarə və müəssisələrdə, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında keçirilən tədbirlərdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin siyasi fəaliyyətindən, dövlətçiliyimizin inkişafı yolunda misilsiz xidmətlərindən söhbət açılır. Ümumtəhsil məktəblərində “Heydər Əliyev dərsləri” keçirilir. İdarə və müəssisələrdə böyük insanın ömür yolundan bəhs edən fotostendlər təşkil edilmiş, guşələr yaradılmışdır. İldönümü günü rayonumuzun nümayəndələri Fəxri xiyabanda ulu öndərin xatirəsini yad edəcəklər.
Hazırda Quzanlı kəndində “Heydər Əliyev parkı”nın salınmasına başlanmışdır. Parkda xeyli ağac əkilmiş, abadlıq işləri görülmüşdür.