USAİD ŞƏKİDƏ İQTİSADİ LAYİHƏLƏR HƏYATA KEÇİRMƏK ARZUSUNDADIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəhər icra hakimiyyətində keçirilən görüşdə Şəkiyə gəlişinin məqsədini açıqlayan xanım Liviya təşkilatın Azərbaycanda gördüyü işlər, o cümlədən iqtisadiyyatın qeyri-neft bölməsinin inkişafına yardım sahəsində həyata keçirdiyi layihələr barədə məlumat vermiş, yerli icra orqanları ilə əməkdaşlıq şəraitində Şəkidə kənd təsərrüfatı və sosial sahələrlə bağlı layihələrin həyata keçirilməsində iştirak etmək arzusunda olduqlarını bildirmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov qonağa Şəkinin infrastrukturu və potensialı barədə geniş məlumat vermiş, yerli idarəetmə orqanlarının hər iki tərəf üçün sərfəli olan şərtlərlə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılmışdır.
Sonra qonaq əlaqədar qurumların nümayəndələri ilə görüşmüş, rayonun sosial-iqtisadi həyatı ilə tanış olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:20]
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
- 12.10.2026 [12:45]
“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır
- 12.10.2026 [12:23]
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
- 12.10.2026 [12:09]
“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb
- 12.10.2026 [11:40]
Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub
- 12.10.2026 [11:37]
Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb
- 12.10.2026 [11:10]