Uşaq bağçasında Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 17 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da ARDNŞ-in Ekologiya İdarəsi tərəfindən Sosial İnkişaf İdarəsinin nəzdində olan “Delfin” uşaq bağçasında Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Ekologiya İdarəsinin əməkdaşları tərəfindən uşaqlara ozon təbəqəsi haqqında məlumat verilmiş və “Ozzy Ozon” multiplikasiya filmi nümayiş olunmuşdur. Həmçinin uşaqlar ekoloji mövzulara həsr olunmuş səhnəciklərlə çıxış etmişlər.
Sonda tədbirin iştirakçılarına Ekologiya İdarəsi tərəfindən hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]