“Uşaq Hüquqları Aylığı” çərçivəsində Qazaxda və Şəmkirdə maarifləndirici görüşlər keçirilib
Bakı, 17 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı”na həsr olunan tədbirlər davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta ümumi təhsil məktəbində və Şəmkir şəhəri 1 nömrəli tam orta ümumi təhsil məktəbində maarifləndirici görüşlər təşkil olunub.
Müəllim və şagirdlərin iştirakı ilə keçirilən görüşdə agentliyin əməkdaşları “Təhsildə sosial iş” xidmətinin məktəblərdə risk qruplarının müəyyənləşdirilməsi, şagirdlərin davamiyyətinin bərpası və onlara sosial-psixoloji dəstək göstərilməsi istiqamətlərində mühüm rol oynadığından bəhs ediblər.
Eyni zamanda, uşaq hüquqlarının əhəmiyyəti, onların qorunması, uşaqların təhlükəsiz mühitdə böyüməsi və sağlam inkişafı üçün dövlət və cəmiyyətin üzərinə düşən vəzifələr barədə danışılıb.
Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]