“Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir FOTO










Tovuz, 26 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən birinci seçim turunun başlanılması ilə bağlı tədbir keçirilib.
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda 24 nominasiya üzrə 6-17 yaş arası 1500-dən çox iştirakçı qeydiyyatdan keçib. Onlar aprelin 21-dən etibarən start verilən 1-ci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdirirlər.
Festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclərin əyləncəli vaxt keçirmələri məqsədilə Tovuz rayon Abulbəyli kənd folklor evinin qarşısında keçirilən tədbirdə bir-birindən maraqlı və rəngarəng guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib. Sonda seçim turuna baxış keçirilib.