UŞAQ XOR KOLLEKTİVLƏRİNİN ZONA MÜSABİQƏSİ BAŞA ÇATMIŞDIR
Uşaq xor kollektivlərinin birinci respublika müsabiqəsinin Gəncədə keçirilən zona yarışı başa çatmışdır. Gələn ay Bakıda keçiriləcək respublika birinciliyinə hazırlıq məqsədi daşıyan müsabiqədə 12 rayonun gənc kollektivləri öz istedadlarını nümayiş etdirmişlər. Bakı Musiqi Akademiyasının müəllimi, müsabiqənin münsiflər heyətinin üzvü Rafiq Abdullayev tədbirin əhəmiyyətindən AZƏRTAC-ın müxbirinə məlumat verərək demişdir ki, əsas məqsəd bu sahədə istedadları üzə çıxarmaqla yanaşı, unudulmaqda olan xor sənətini yenidən dirçəltməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]